Marpro Logistics-in ilk logistika obyektinə investisiya 2025-ci ildə Gürcüstanın Batumi sənaye zonasında həyata keçirilməsi planlaşdırılır.
Batumidə ümumi sahəsi 4500 m² olan torpaq sahəsində 2000 m² qapalı gömrük anbarının tikintisi planlaşdırılır. Anbarın daxili istifadəyə yararlı hündürlüyü 13,5 metr olacaq və 2000 palet tutumuna malik rəf saxlama sistemi ilə təchiz ediləcək. Layihədə, həmçinin 4 yükləmə rampası və qapalı sahədən kənarda 500 m²-lik üstüörtülü yük emalı zonası nəzərdə tutulur.
Anbar bütün növ quru yüklərin saxlanması üçün nəzərdə tutulur və cross-docking, həmçinin qısa və uzunmüddətli saxlama funksiyalarını yerinə yetirəcək. Burada həm Gürcüstana idxal olunan yüklər, həm də Azərbaycan və Mərkəzi Asiyaya tranzitlə gedən yüklər qəbul ediləcək.