Kargonuzu Takip Edin

Keyfiyyət Standartları

Marpro Logistics olaraq müştərilərimiz, əməkdaşlarımız, investorlarımız, ətraf mühit və cəmiyyət qarşısında daimi korporativ məsuliyyətimizin fərqindəyik və fəaliyyətimizi bu məsuliyyətə uyğun qururuq.

DAVAMLILIQ ÜÇÜN KEYFİYYƏTƏ VURĞU

Fəaliyyətimizin keyfiyyətini onun insanlarımıza, tərəfdaşlarımıza və ətraf mühitə göstərdiyi təsirlə ölçürük. Aşağıdakı keyfiyyət standartlarını gündəlik fəaliyyətimizə tətbiq etmişik və onların tələblərinə ciddi şəkildə riayət edirik:

ISO 9001 – Keyfiyyət İdarəetmə Sistemi
ISO 14001 – Ətraf Mühitin İdarəetmə Sistemi
ISO 45001 – Əmək Mühafizəsi və Təhlükəsizlik İdarəetmə Sistemi

Biz davamlılıq prinsiplərini gündəlik iş proseslərimizə inteqrasiya etmişik və tərəfdaşlarımıza ən optimal ekoloji nəticəni təmin etmək üçün alternativ logistik həllər və marşrutlar təklif edirik.

Bütün avadanlıq və infrastruktur yatırımlarımız karbon izimizi minimuma endirmək və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara uyğunluq prinsipi ilə planlaşdırılır.